Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gənc mütəxəssislər üçün Almaniyanın klinikalarında ixtisasartırma kursları təşkil edilir – Elan

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində səhiyyənin prioritet sahələri üzrə tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə 2012-ci il ərzində Almaniyanın aparıcı klinikalarına ixtisasartırma kurslarına göndərilməsi nəzərdə tutulub.

 

Bu məqsədlə kardiologiya, cərrahiyyə, anesteziologiya və intensiv terapiya, qastroenterologiya, travmatologiya və ortopediya, urologiya və uşaq urologiyası, neonatologiya və pediatriya, vizual diaqnostika, mama-ginekologiya və psixiatriya ixtisasları üzrə ixtisasartırma kursları təşkil olunacaq.

 

Kurslarda iştirak etmək istəyən ən azı 3 il iş stajı və xarici dilləri (ingilis, alman, və rus) səlis bilən mütəxəssislər (Bakı şəhəri üzrə dövlət xəstəxanalarında işləyən) 9 avqust 2012-ci il tarixindən 9 sentyabr 2012-ci il tarixinədək Səhiyyə Nazirliyinə (111 nömrəli otaq) müraciət edə bilərlər.

 

Kurslarda iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

- kadrların şəxsi uçot vərəqəsi

 

- 1 ədəd rəngli şəkil (3x4)

 

- tibb universitetinin diplomunun sürəti

 

- internatura haqqında şəhadətnamənin sürəti

 

- əmək kitabçasının sürəti

 

- Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirməsi İnstitutunda keçmiş təkmilləşdirmə kurslarının şəhadətnamənin sürəti

 

Ünvan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

akad. M.Mirqasımov küç. 1A

 

Əlaqə tel. 565-12-57

9/08/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013