Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qaradağ rayonunda baş vermiş yol qəzasına dair Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

31.08.2012-ci il tarixində səhər saat 07:27 radələrində Qaradağ rayonu ərazisində dəhşətli qəza baş vermişdir.

 

Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrliyində yerləşən, qorunan dəmir yolu keçidində sürətlə hərəkətdə olan zaman, keçidi keçməyə cəhd göstərən "DAEWOO" markalı 124 №-li sərnişin avtobusu ilə toqquşub.

 

Hadisə nəticəsində avtobusun sərnişinləri arasında ölən və xəsarət alanlar var.

 

Hadisə barədə saat 7:28 radələrində 103 xidmətinə müraciət daxil olmuşdur. Dərhal hadisə yerinə 17 təcili tibbi yardım briqadası göndərilmişdir. 103 xidməti hadisə nəticəsində xəsarət alan çoxsaylı yaralılara yerindəcə ilkin tibbi yardım göstərmiş daha sonra isə onları xəstəxanalara çatdırmışdır.

 

Hadisə nəticəsində ümumilikdə 53 nəfər xəsarət almışdır.

 

Yaralılardan 35 nəfəri Kliniki Tibbi Mərkəzə (8-in vəziyyətinin ağır olduğu bildirilir, hazirda ikisinin üzərində əməliyyat aparılır), 11 nəfər Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (10 nəfəri ambulator yardımdan sonra evə buraxılıblar), 1 nəfər isə Mərkəzi Neftçilər xəstəxanasına çatdırılmışdır.

 

Yaralılardan 28 nəfəri hazırda stasionar müalicəyə cəlb olunub (26 nəfəri KTM-də, 1-nəfəri ET-Travmatologiya institutunda, 1-nəfər isə Mərkəzi Neftçilər xəstəxanasında. Hadisə yerindəcə dünyasını dəyişmiş 3 cəsəd təcili tibbi yardım tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinə aparılmışdır.

 

Daha 3 nəfər ağır yaralı sonradan (1 yolda, 2 – si xəstəxanada) dünyasını dəyişmişdir. Ümumilikdə ölənlərin sayı 6 nəfərdir.

 

Yaralılardan 9-un vəziyyəti hazırda ağırdır.

31/08/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013