Qaradağ rayonu ərazisində baş vermiş hadisə nəticəsində ümumilikdə 54 nəfər xəsarət almışdır
Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində baş vermiş hadisə nəticəsində ümumilikdə 54 nəfər xəsarət almışdır. Yaralılardan hazırda 28 nəfəri Kliniki Tibbi Mərkəzə, 1 nəfər Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 nəfər isə Mərkəzi Neftçilər xəstəxanasına hospitalizə edilmişdir. 18 nəfərə isə ambulator yardım göstərilərək evə buraxılmışdır.
Hadisə yerindəcə dünyasını dəyişmiş 3 cəsəd təcili tibbi yardım tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinə aparılmışdır. Daha 3 nəfər ağır yaralı sonradan (1 yolda, 2 – si xəstəxanada) dünyasını dəyişmişdir. Ümumilikdə ölənlərin sayı 6 nəfərdir.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
31/08/2012