Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gənc mütəxəssislər Almaniyanın klinikalarında ixtisasartırma kursları keçir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində səhiyyənin prioritet sahələri üzrə ixtisaslarının artırılması istiqamətində işlər davam etdirilir.

Gənc tibb mütəxəssislərimiz dünyanın nüfuzlu klinikalarında kurslara göndərilirlər.

 

Səhiyyə Nazirliyi tərəfindən avqust ayından etibarən növbəti gənc mütəxəssislərdən ibarət heyət Almaniyanın aparıcı klinikalarına ixtisasartırma kurslarına göndəriliblər. Proses ilin sonuna kimi davam etdiriləcək.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

18/09/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013