Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Məişət Malları Açıq Tipli Səhmdar Cəmiyyətində baş vermiş yanğına dair Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

17.09.2012-ci il tarixində saat 17:28 -də Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasına Məişət Malları Açıq Tipli Səhmdar Cəmiyyətində (keçmiş Yuyucu Vasitələr zavodunda) neft məhsullarının əlavə qalıqlarının yanması nəticəsində baş vermiş qəza ilə əlaqədar “102”xidmətində məlumat daxil olmuşdur. Təcili Tibbi Yardım Stansiyasının baş həkimi tərəfindən dərhal Səhiyyə şöbəsinə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə məlumat verilmişdir. Saat 1730-da Təcili Yardım Stansiyasından ilk 2 briqada, 5 dəqiqə sonra əlavə 3 briqada, daha 8 briqada (cəmi 12 briqada) dərhal hadisə yerinə göndərilmişdir

 

Təcili Tibbi Yardım briqadalarının işini təşkil etmiş, xəsarət alanlara ilkin tibbi yardım göstərilmiş və onların hospitalizasiyası işi təşkil olunmuşdur. Həkim-mütəxəssislər mobilizasiya edilmiş, bütün xəstəxanalar və xüsusilə Təcili Tibbi Yardım Xəstəxanasında xəsarət alanlara tibbi yardim göstərilməsi üçün tam hazirliq vəziyyətinə gətirilmişdir.

 

TTYS-nın briqadaları müəssisə ərazisində olan 2 çıxışda və süni surətdə yaradılmış 3-cü çıxışda yerləşdirirlmişdir. Qəza hadisəsi zamanı Təcili Yardım maşınları ilə 10 nəfər zərər çəkmiş şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılmışdır.

 

Zərərçəkənlər tələb olunan tibbi yardımla tam təmin olunmuşlar. Hadisə yerində müxtəlif şikayətlərlə stres fonunda (istivurma, arterial təzyiqin yüksəlməsi və s.) olan 9 nəfər şəxsə yerində tibbi yardım göstərilmiş və evə buraxılmışlar.

 

Öncə aşkarlanmış 2 şəxsin bu saatlarda isə aşkarlanmış daha bir şəxsin meyiti Sumqayıt şəhər Məhkəmə Ekspertizası və Patoloji Anatomiya şöbəsinə gətirilmişdir.

 

Ümumilikdə bu saatlara kimi 3 ölü aşkarlanmışdır.

18/09/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013