Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Əhalinin sağlamlığı – MDB-nin inkişafının əsasıdır” mövzusunda Dövlətlərarası Forum keçirilmişdir

12-15 sentyabr 2012-ci il tarixlərində Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB)üzv dövlətlərin əlaqələrinin genişləndirilməsi çərçivəsində “Əhalinin sağlamlığı – MDB-nin inkişafının əsasıdır ” başlığı altında Dövlətlərarası Forum keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti iştirak etmişdir.

 

Forum çərçivəsində MDB ölkələrinin səhiyyə və əhalinin sağlamlığının qorunması sahəsində görülən işləri əks etdirən sərgi təşkil olunmuşdur, sağlam həyat tərzinin formalaşması, cəmiyyət narkotiklərə qarşı, əhalinin sağlamlığı və müalicə-sağlamlaşdırma turizmi və s. bu kimi müxtəlif mövzularda elmi-praktiki konfranslar keçirilmişdir. Təşkil olunmuş konfranslarda Azərbaycan nümayəndə heyəti məruzələrlə çıxışlar etmişdirlər.

 

Forum iştirakçıları ölkələr arasında elmi və praktiki əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması, həmçinin belə bir tədbirin gələcək illərdə də keçirilməsinin məqsədəuyğun olduğunu bildirmişdirlər. Tədbir iştirakçıları sonda əldə olunmuş nəticələrə və gələcəkdə birgə fəaliyyətin təşkili işinə dair bəyannamə qəbul etmişdirlər.

 

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

“Əhalinin sağlamlığı – MDB-nin inkişafının əsasıdır” mövzusunda Dövlətlərarası Forum keçirilmişdir“Əhalinin sağlamlığı – MDB-nin inkişafının əsasıdır” mövzusunda Dövlətlərarası Forum keçirilmişdir“Əhalinin sağlamlığı – MDB-nin inkişafının əsasıdır” mövzusunda Dövlətlərarası Forum keçirilmişdir“Əhalinin sağlamlığı – MDB-nin inkişafının əsasıdır” mövzusunda Dövlətlərarası Forum keçirilmişdir“Əhalinin sağlamlığı – MDB-nin inkişafının əsasıdır” mövzusunda Dövlətlərarası Forum keçirilmişdir




18/09/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013