Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Diploma qədər tibbi təhsildə islahatların aparılmasına dair” ilkin hesabatın müzakirəsi keçirildi

Bu gün Səhiyyə Nazirliyində diploma qədər tibbi təhsilin səhiyyə sektorunda islahatlar layihəsi çərçivəsində beynəlxalq məsləhətçilərin köməyi ilə hazırlanmış “Diploma qədər tibbi təhsildə islahatların aparılmasına dair” ilkin hesabatın müzakirəsi keçirildi.

 

Müzakirələrdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələri, ATU-nun professor heyətindən ibarət nümayəndələr, Dünya Bankının ekspertləri və video-konfrans rabitəsi vasitəsi ilə beynəlxalq məsləhətçi qismində Böyük Britaniya Kral Tibb Cəmiyyətinin prezidenti professor Parveen Kumar və Böyük Britaniyanın “Barts and London” Tibb Universitetinin professoru Susan Dilli iştirak edirdi.

 

Müzakirələrdə diploma qədər tibbi təhsilin cari vəziyyəti, effektivliyi, zəif tərəfləri, habelə başlıca nəticələri və ehtiyac olan bölmələrdə dəyişikliklərin ölkəmizdə tətbiqi imkanları müzakirə olundu.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

10/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013