Mərkəzi Neftçilər Xəstəxanasında “açıq qapı” aksiyası keçiriləcək
Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası 20 sentyabr 2012-ci il tarixində Neftçilər Günü münasibəti ilə “açıq qapı” aksiyası keçirir.
Aksiya zamanı neft saniyəsində xidmət göstərən şəxslərin ailə üzvlərinə, təqaüdçi neftçilərə xəstəxananın mütəxəssisləri tərəfindən baxış keçiriləcək. Ehtiyacı olanlar ambulator poliklinikadan, təcili tibbi yardımdan, laborator xidmətdən, habelə exokardioqrafiyadan, elektrokardioqrammadan, USM, rentgen müayinələrindən ödənişsiz istifadə edə bilərlər.