Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Distant Təhsili” tədris forması aparılır

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təsdiq olunmuş təqvim planı üzrə 2012 – 2013-cü tədris ilində 33 ixtisas üzrə təkmilləşmə kursları başlanıb. Səhiyyə Nazirliyinin göstərişi ilə bu ilk dəfə bir sıra ixtisaslar üzrə(Terapiya, Pediatriya, Mamalıq və ginekologiya, Ailə təbabəti, Ümumi cərrahiyyə) müasir İnformasiya Kommunikasiya Texnologiyaların tətbiq olunmaqla «Distant Təhsili» tədris forması aparılır. Bu ixtisaslar üzrə praktiki fəaliyyətlə məşğul olan həkimləri bölgələrdən ayırmaq məqsədilə mühazirələr institutun professor-müəllim heyəti tərəfindən birbaşa internet və xüsusi proqram vasitəsilə Bakıdan institutun auditoriyalarından aparılır.

 

«Distatnt Təhsili» tədris formasının tətbiqi ezamiyyət xərclərin qənaət olunmasına imkan yaradır və həkimlərin uzun müddətdə iş yerlərindən ayrılmasının qarşısını almağa imkan verir.

 

İl ərzində 600-ə yaxın həkim-müdavimin təkmilləşməsi planlaşdırılıb.

20/09/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013