Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Xarici ölkələrdə ali və orta ixtisas təhsil almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin nəzərinə

Xarici ölkələrdə təhsil alan tibb və əczaçılıq işçiləri Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üçün Səhiyyə Nazirliyinin müvafiq komissiyasında sənədlərini təsdiq etməlidirlər.

 

Artıq müvafiq sənədlərin qəbulu internet vasitəsi ilə də həyata keçirilir. Bununla bağlı tibb işçiləri Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üçün Səhiyyə Nazirliyinin rəsmi internet saytı vasitəsilə (http://e-sehiyye.gov.az/xaricde_tehsil/) müraciət edə bilərlər.

 

 

Daha ətraflı məlumatı tibb işçiləri Səhiyyə Nazirliyinin internet saytındakı “Vakant iş yerlərinə müsabiqə elanları” bölməsinə daxil olaraq əldə edə bilərlər.

9/10/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013