Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimlərin tibbi biliklərinin artırılması davam etdirilir

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişin növbəti mərhələsinə start verilib.

 

Akademiyanın professura və dosent heyəti tərəfindən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda azərbaycanlı müdavimlər üçün rentgenologiya, neonatologiya, terapiya və uşaq cərrahiyyəsi üzrə elmi-praktiki kurslar keçirilir. Kurslara respublika üzrə dövlət xəstəxanalarında çalışan mütəxəssislər cəlb edilib.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

 

 

10/10/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013