Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 10-11 oktyabr 2012-ci il tarixlərində Ağdaş və Ucar Rayon Mərkəzi Xəstəxanalarında könüllü qanvermə aksiyaları keçirilmişdir.

 

Aksiyalar zamanı Ağdaş RMX-da 250 nəfər, Ucar RMX-da isə 140 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

AKSİYALAR DAVAM EDİR!

 

Tibbi Yardımın Təşkili Şöbəsi

 

12/10/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013