Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Yeni tibb müəssisələri əhalinin istifadəsinə verildi

Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürü kimi bir sıra uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin yenidən qurulması və inşası davam etdirilir.

 

Belə ki, 17.10.2012-ci il tarixində Xızı Rayon Mərkəzi Xəstəxanasının Tibbi reabilitasiya Şöbəsinin açılışı olub. Əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən 13 palatalıq tibb ocağında 2 zaldan ibarət olan yeməkxana, istirahət və əyləncə otaqları vardır. Yeni istifadəyə verilən digər tibb müəssisələri kimi, bu müəssisə də müasir tələblərə cavab verir və burada tibbi reabilitasiya keçmək arzusunda olan vətəndaşlara xidmət üçün bütün lazımi şərait yaradılıb.

 

Analoji açılış Quba rayonu Qonaqkənd qəsəbəsindəki sahə xəstəxanası olub. 15 çarpayılıq tibb müəssisəndə doğum, terapiya və pediatriya şöbələri fəaliyyət göstərəcəkdir. Xəstəxana müayinə, müalicə və tibbi yardım üçün bütün tibbi avadanlıqlarla tam təmin olunmuşdur, buda ərazi baxımından gediş-gəliş üçün çətin olan kənd sakinlərinə yerindəcə lazımı tibbi yardım almağa imkan yaradacaq.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

Yeni tibb müəssisələri əhalinin istifadəsinə verildiYeni tibb müəssisələri əhalinin istifadəsinə verildi

17/10/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013