Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakıda əsalı təmirdən sonra iki tibb müəssisəsinin açılışı olmuşdur

Ölkədə tam müasir tələblərə cavab verən, tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Yeni tikilən yaxud da əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən tibb ocaqlarının sıralarına 7 saylı Uşaq Yoluxucu Xəstəxanası və 4 nömrəli Uşaq Poliklinikası da daxil oldu.

 

Belə ki, 18.10.2012-ci il tarixində adı çəkilən tibb müəssisələrinin, 7 saylı Uşaq Yoluxucu Xəstəxanası və 4 nömrəli Uşaq Poliklinikasının açılışı olmuşdur. Yenidənqurma işlərindən sonra istifadəyə verilən tibb müəssisələrinin hər birində yüksək səviyyədə tibbi xidmət göstərmək üçün şərait yaradılmışdır. Poliklinika 25 min yerli əhaliyə xidmət göstərəcəkdir. Minlərlə əhaliyə xidmət edəcək müəssisələr kimi bu tibb ocaqlarında da yaradılmış şərait müraciət edənlərə daha effektiv tibbi yardım göstərməyə imkan verəcək.

 

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

Bakıda əsalı təmirdən sonra iki tibb müəssisəsinin açılışı olmuşdurBakıda əsalı təmirdən sonra iki tibb müəssisəsinin açılışı olmuşdur

18/10/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013