Şəki Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 19.10.2012-ci il tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.
Aksiya zamanı 120 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!