Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Prezident İlham Əliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında başa çatmış əsaslı təmir işləri ilə tanış olmuşdur. Azərbaycan Prezidentinin 2010-cu il 30 mart tarixli Sərəncamına əsasən Prezidentin ehtiyat fondundan ayrılan 1,5 milyon manat vəsait hesabına 2010-cu ildə xəstəxananın əsaslı təmirinə başlanmışdır.

 

Dövlətimizin başçısına görülən işlərə dair məlumat verən səhiyyə naziri Oqtay Şirəliyev ümumi ərazisi 21,2 min kvadratmetr olan ikimərtəbəli xəstəxanada geniş abadlıq və yaşıllaşdırma işləri görüldüyünü, ayrıca yarımstansiya tikildiyin və burada əlavə generator quraşdırıldığını bildirmişdir. Bildirilmişdir ki, yenidənqurma işlərindən sonra müasirliyi ilə diqqəti cəlb edən dörd korpusdan ibarət bu tibb müəssisəsi 136 çarpayılıqdır. Əsas binası və bütün şöbələri tamamilə yenidən qurulmuş xəstəxananın maddi-texniki bazası ən müasir standartlara cavab verir. Xəstəxananın hər bir şöbəsinin interyeri orijinal dizaynı və zəngin tərtibatı ilə fərqlənir.

 

Xəstəxananın şöbələrində Yaponiya, Türkiyə, İtaliya, Koreya Respublikası və digər ölkələrdən gətirilmiş avadanlıqlar quraşdırılmışdır. Qonşu şəhər və rayonların sakinləri də bu tibb ocağının xidmətindən yararlana biləcəklər. Ötən illərdə ölkəmizdə pulsuz səhiyyə xidmətinin genişləndirilməsi, əhalinin aztəminatlı təbəqəsinə tibbi yardım sahəsində dövlət qayğısının gücləndirilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanıb həyata keçirilməsinə bu cür müasir tibb ocaqlarının sayının artması da münbit zəmin yaradır. Respublikamızda səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığı üçün müvafiq tədbirlərin daha yaxşı təşkili, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanmasını özündə cəmləşdirib. İmişli Mərkəzi Rayon Xəstəxanası da ən son elmi-texniki yeniliklərin tətbiqi baxımından ölkəmizin digər tibb müəssisələrindən geri qalmır.

 

Əsaslı təmir işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev tibb müəssisəsinin kollektivi ilə görüşmüşdür.

 

Prezident İlham Əliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işləri ilə tanış olmuşdur



29/10/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013