Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könülü qanvermə aksiyaları keçiriləcək.

 

Aksiyalar 16 dekabr 2010-cu il tarixində Bakı şəhərində «Mir-Mövsüm ağa», «Təzə pir», “Bibi-Heybət” «Qaraçuxur»,«Cümə», “Soltan-Əli” məscidlərində, ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında həmçinin Sumqayıt məscidi, Gəncə İmamzadə məscidi, Lənkəran məscidi, Şirvan məscidi, Mingəçevir məscidi, Şəki məscidi, Bərdə məscidi, Quba məscidində könülü qanvermə aksiyaları keçiriləcək.

 

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.

 

Tibbi Yardımın Təşkili şöbəsi

 

15/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013