Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 67 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 49 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 38 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1051, mikrobioloji göstəricilərinə görə 1047, toksikoloji göstəricilərinə görə 422, radioloji göstəricilərinə görə 14 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 15-də orqanoleptik və fiziki-kimyəvi, 13-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.

 

Şadlıq evlərindən 2829 yaxma nümunəsi, 68 soyuq qəlyanaltı nümunəsi götürülmüş, 56 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

Sentyabr ayı ərzində əhali arasında 101 qida zəhərlənməsi hadisəsi baş vermiş, 121 nəfər zərərçəkən olmuşdur. O cümlədən 4 botulizm hadisəsi baş vermiş, 5 nəfər zərərçəkən olmuşdur.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

29/10/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013