Həkimlərin təkmilləşdirilmə kursları davam edir

Azərbaycanın Səhiyyə Nazirliyi ilə Rusiyanın Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən akademiyanın professura və dosent heyəti tərəfindən azərbaycanlı müdavimlər üçün yenidoğulmuşların anesteziologiyası və reanimasiyası ixtisası üzrə kurslar keçirilir.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təşkil edilmiş kurslara respublika üzrə dövlət xəstəxanalarında çalışan mütəxəssislər cəlb edilib.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb təhsili Akademiyası arasında imzalanmış saziş çərçivəsində 2012-ci il üzrə rentgenologiya, neonatologiya, terapiya, uşaq cərrahiyyəsi, ümumi cərrahiyyə, ultrasəs müayinəsi və anesteziologiya-reanimotologiya ixtisasları üzrə təkmilləşdirilmə kursları təşkil edilmişdir.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı
29/10/2012