Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Diabet Cəmiyyətinin birgə “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində İSİM-də fəaliyyət göstərən DİABET MƏKTƏB-ində 2012-ci il 12-16 noyabr tarixində şəkərli diabet xəstələri, 19-21 noyabr tarixində isə risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçirilir.

 

Həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanır, maarifləndirici materiallar paylanır.

 

Arzu edənlər aşağıdakı ünvana müraciət edə bilərlər!

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzi

Bakı ş., H.Zərdabi küç., 96 (20 Yanvar Metrosu, keçmiş Ailə və Sağlamlıq Mərkəzinin binası)

Əlaqə tel.:

(012) 430-1028

(012) 431-6261

(012) 496-9235

12/11/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013