Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Elmi-praktik konfransı keçiriləcək

2012-ci il 15-17 noyabr tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu ilə Türkiyə Cumhuriyəti Ege Universiteti Tibb Fakultəsi Ortopediya və Travmatologiya kafedrası ilə birgə elmi-praktik konfransı keçiriləcək.

 

Konfrans institutun konfrans zalında 15.11.2012-ci il saat 10:00-da öz işinə başlayacaq.

 

Cari konfransda hər iki tərəf ortopediyanın aktual problemlerinə dair məruzələr edəcək. Türkiyəli aparıcı cərrah-ortopedləri tərəfindən 3 gün ərzində mürəkkəb əməliyyatların aparılması planlaşdırılır.

 

Azərbaycanın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Türkiyənin tanınmış təhsil və müalicə mərkəzlərindən biri olan Ege Universiteti ilə 2009-cu ildən etibarən elmi və praktiki əməkdaşlıq müqaviləsi əsasında təcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi, birgə elmi məqalələrin dərçi, birgə toplantıların keçirilməsi və. s bu kimi önəmli işlərdə əməkdaşlıq edir.

 

Artıq 2 ildir Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda dünya standartlarına uyğun olaraq rezidentura təhsilinə start verilmişdir. Bu istiqamətdə Ege Universitetinin 50 ildən artıq zəngin təcrübəsi vardır. Dəvət olunanlar sırasında Türkiyə Ortopediya və Travmatologiya Təhsil Konsiliumun Rəhbəri olmuş Prof. Semih Aydoğdu azərbaycanlı həmkarları ilə rezidenturada təhsili haqda öz bilikləri ilə bölüşəcək. Bu konfransın keçirilməsi həm təcrübi baxımdan, həm də Azərbaycanda yeni formalaşan rezidentura təhsil sisteminin inkişafında böyük rol oynayacaq.

Tədbir Mətbuat üçün açıqdır

 

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

14/11/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013