Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

14 noyabr Ümumdünya diabet günü münasibəti ilə Sumqayıt şəhər Səhiyyə şöbəsində tədbir keçirilmişdir

14 noyabr 2012-ci il tarixdə Sumqayıt şəhər səhiyyə şöbəsində tibb müəssisələrinin baş həkimləri və həkim mütəxəssislərinin iştirakı ilə Ümumdünya diabet günü münasibəti ilə tədbir keçirilmişdir.

 

Tədbirdə çıxış edənlər şəkərli diabet xəstəliyinin bütün dünyada olduğu kimi, respublikamızda da aktual bir problem olmasını bildirmişlər. Tədbir diskussiya xarakterində keçirilmiş, xəstəliyin profilaktikası və müasir müalicə metodlarından danışılmış, xəstələrə daha da yaxşı tibbi xidmət göstərilməsi müzakirə edilmişdir.

 

16/11/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013