Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanlı müdavimlər Türkiyədə ixtisasartırma kursları keçirlər

Həkimlərin praktiki tibbi bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə azərbaycanlı müdavimlər səhiyyənin prioritet sahələri üzrə Türkiyənin qabaqcıl klinikalarına ixtisasartırma kurslarına göndəriliblər.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Dünya Bankının “Səhiyyə sektorunda islahatlar layihəsi” çərçivəsində həyata keçirilən bir aylıq ixtisasartırma kurslarına regionlardan 72 nəfərdən ibarət həkim və tibb bacısı heyəti göndərilmişdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

20/11/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013