Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin oktyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 53 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 12 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 23 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 857, mikrobioloji göstəricilərinə görə 897, toksikoloji göstəricilərinə görə 102, radioloji göstəricilərinə görə 37 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 13-də orqanoleptik və fiziki-kimyəvi, 22-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.

 

Şadlıq evlərindən 3191 yaxma nümunəsi, 57 soyuq qəlyanaltı nümunəsi götürülmüş, 53 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

Oktyabr ayı ərzində əhali arasında 64 qida zəhərlənməsi hadisəsi baş vermiş, 155 nəfər zərərçəkən olmuşdur. O cümlədən 1 botulizm hadisəsi baş vermiş, 1 nəfər zərərçəkən olmuşdur.

 

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

22/11/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013