Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi işi davam edir

Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi işi davam edir.

 

Belə ki, 11-25 noyabr 2012-ci il tarixilərində Belarusiyanın Kardiologiya və Kardiocərrahiyyə İnstitutunun aparıcı mütəxəssisləri tərəfindən Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin mütəxəssisləri üçün təlimlər təşkil olunmuşdur.

 

İnstitutun mütəxəssisləri azərbaycanlı müdavimləri üçün elmi - praktiki seminarlar, master-klasslar və mühazirələr keçirmişdirlər, eləcədə birgə cərrahi əməliyyatlarda iştirak etmişdirlər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

26/11/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013