Azərbaycan-Türkiyə Səhiyyə Həftəsinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir
Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayevin və Türkiyənin səhiyyə nazirinin müavini Nihat Tosunun iştirakı ilə Azərbaycan-Türkiyə “Səhiyyə Həftəsi”nin başlanmasına həsr edilmiş mətbuat konfransı keçirilmişdir.
Konfransda bildirildi ki, "Səhiyyə həftəsi" 27.11.2012-03.12.2012-ci il tarixlərində kimi davam edəcək. Hazırda Türkiyənin 24 nəfərdən ibarət böyük nümayəndə heyəti Bakıda səfərdədir.
E.Ağayev bildirdi ki, "Səhiyyə həftəsi" çərçivəsində türk həkimləri azərbaycanlı həmkarları ilə birgə 30-a yaxın əməliyyatlar həyata keçirəcəklər. Bu əməliyyatlar sırasında açıq və qapalı ürək əməliyyatları da olacaq.
Daha sonra E.Ağayev media mənsublarına “Səhiyyə həftəsi”nin əhəmiyyətlərindən danışdı, iki ölkə arasında birgə əməkdaşlıq və əldə olunan nailiyyətlər haqqında məlumat verdi.
Sonda konfrans iştirakçıları mətbuat nümayəndələrini maraqlandıran sualları cavablandırıldı.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
27/11/2012