Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir

Hər il olduğu kimi bu gündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü " qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

 

Səhər saatlarından başlayan qanvermə aksiyalarında yüzlərlə könüllü qan vermişdir. Saat 11:40 olan məlumata görə Bakı şəhərindəki

 

«Mir-Mövsüm ağa» məscidində 172 nəfər,

 

«Təzə pir» məscidində-312 nəfər,

 

"Bibi-Heybət"məscidində -312 nəfər

 

«Qaraçuxur» məscidində - 65 nəfər,

 

«Cümə»məscidində -76 nəfər,

 

"Soltan-Əli" məscidində - 81 nəfər,

 

Mərkəzi Qan Bankında - 240 nəfər,

 

Sumqayıt məscidində - 109 nəfər qan vermişdir.

 

Bundan başqa bölgələrdə də qanvermə aksiyaları olmuşdur ki, göstəricilər aşağıdakılardı:

 

Gəncə İmamzadə məscidində - 65 nəfər,

 

Lənkəran məscidində - 69 nəfər,

 

Şirvan məscidində -25 nəfər,

 

Mingəçevir məscidində - 12 nəfər,

 

Şəki məscidində - 20 nəfər,

 

Bərdə məscidində -26 nəfər,

 

Quba məscidində -24 nəfər.

 

Ümumilikdə isə 1022 nəfər könülü qan vermişdir.

 

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

16/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013