Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Narkotiklərə-YOX deyək!” adlı bir sıra tədbirlər keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 iyun 2007-ci il tarixli 2271 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı” Dövlət Komissiyası tərəfindən uğurla icra olunmaqdadır. Proqramın “Narkomanlıqla mübarizə sahəsində ümumi və fərdi profilaktiki tədbirlər” bəndinə əsasən Bakı şəhərində narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin və asılılığının aşkarlanması məqsədi ilə “Narkotiklərə-YOX deyək!” adlı kütləvi ictimai kompaniya keçirilir.

 

Mövcud problemin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Təhsil Nazirliyinin nümayəndələrinin və müvafiq mütəxəssislərin iştirakı ilə bölgələrdə - 6-7 noyabr 2012-ci il tarixində Mingəçevir şəhərində, 20-21 noyabr 2012-ci il tarixində Lənkəran şəhərində, 23-24 noyabr 2012-ci il tarixində Gəncə şəhərində “Narkotiklərə-YOX deyək!” adlı bir sıra tədbirlər həyata keçirilmişdir.

 

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

“Narkotiklərə-YOX deyək!” adlı bir sıra tədbirlər keçirilmişdir“Narkotiklərə-YOX deyək!” adlı bir sıra tədbirlər keçirilmişdir

27/11/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013