Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sumqayıt şəhərində “Sağlam həyat uğrunda” devizi altında əhalinin profilaktik müayinəsi başlandı

Səhiyyə Nazirliliyinin əmri ilə “Sağlam həyat uğrunda” devizi altında respublika əhalisinin dekabr ayının 1-dən 31-dək profilaktik tibbi müayinəsi aylığı artıq Sumqayıt şəhərində başlanmışdır. Tibb müəssisələrində bir sıra tədbirlər həyata keçirilmişdir.

 

Dekabr ayının 1-də H.Zeynalabdin qəsəbəsində səyyar tibbi müayinə aparılmışdır, tədbirdə 20-dək həkim-mütəxəssis iştirak etmiş, sakinlərə laboratoriya analizləri, ultrasəs müayinəsi, elektrokardioqrafiya, olunmışdır. 400-dən artıq şəxsə 1400 tibbi müayinə aparılmışdır, 30 nəfər stasionar müalicəyə göndərilmiş. Aylıq ərzində tibb müəssisələrində aparılan müayinələrlə yanaşı, şəhərin ucqar, məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə belə səyyar tibbi müayinələr davam etdiriləcəkdir.

 

Sumqayıt şəhər Səhiyyə şöbəsi

 

 

4/12/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013