Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakı şəhərində “Sağlam həyat uğrunda” devizi altında əhalinin profilaktik müayinəsi aparılır

Əhalini sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması məqsədilə “Sağlam həyat uğrunda” devizi altında keçirilən sağlamlıq ayı çərçivəsində əhalinin profilaktik müayinəsi aparılır.

 

Bu məqsədlə respublika üzrə müalicə-profilaktika müəssisələrində bir sıra tədbirlər həyata keçirilir. Təkcə Bakı şəhərində 1 dekabr 2012-ci il tarixindən 6 dekabr 2012-ci il tarixinədək terapevtlər, LOR, cərrahlar, nevropatoloqlar, pediatrlar, mama-ginekoloqlar, oftalmoloqlar və s. tərəfindən yüz mindən artıq şəxsə tibbi müayinə, o cümlədən laboratoriya analizləri, ultrasəs müayinəsi, elektrokardioqrafiya müayinələri aparılmışdır. Müayinələr zamanı müraciət etmiş insanlardan 12000-ə yaxın şəxsdə müxtəlif xəstəliklər aşkar edilmişdir. Bu xəstələrdən 300 nəfərə mütəxəssislər tərəfindən müxtəlif profilli xəstəxanalara stasionar müalicəyə göndəriş verilmişdir, digərlərinə isə ambulator müalicə təyin edilmişdir.

 

İnsanlar müayinələrdən keçməklə ilk növbədə öz sağlamlıqlarına əmin ola bilər, hər hansı xəstəliyi erkən mərhələdə aşkarlamaq imkanı qazanarlar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

6/12/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013