Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Aşura günü” keçirilmiş qanvermə aksiyalarda 2210 nəfər könüllü olaraq qan vermişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilmişdir.

 

Aksiyalar Bakı şəhərində "Mir-Mövsüm ağa", "Təzə pir", "Bibi-Heybət", "Cümə", "Qaraçuxur", "Soltan-Əli" məscidlərində, ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə şəhər məscidlərində, Gəncə İmamzadə məscidində, Lənkəran və Quba Mərkəzi Rayon Xəstəxanalarında keçirilmişdir.

 

"Aşura günü" ilə bağlı təşkil olunmuş qanvermə aksiyalarda 2210 nəfər könüllü olaraq qan vermişdir ki, nəticədə 884 litr qan tədarük olunmuşdur. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.

 

Tibbi Yardımın Təşkili şöbəsi

17/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013