“Sağlam həyat uğrunda” aylığı uğurla davam edir

“Sağlam həyat uğrunda” devizi altında keçirilən sağlamlıq aylığı çərçivəsində respublika üzrə müalicə-profilaktika müəssisələrində bir sıra tədbirlər həyata keçirilir.
1 dekabr 2012-ci il tarixindən 10 dekabr 2012-ci il tarixədək respublika üzrə müalicə-profilaktika müəssisələrində terapevt, cərrah, nevropatoloq, pediatr, infeksionist, mama-ginekoloq, oftalmoloq və s. mütəxəssisləri tərəfindən əhalinin tibbi müayinəsi, o cümlədən laboratoriya analizləri, ultrasəs müayinəsi, elektrokardioqrafiya müayinələri aparılmışdır.
Aparılan tibbi profilaktik müayinələr barədə statistik göstəricilər:
|
Cəmi
(nəfər)
|
Onlardan
|
|
|
böyük
|
uşaq (0-17 yaş)
|
|
|
kişi
|
qadın
|
oğlan
|
qız
|
Müayinə olunub
|
987885
|
212485
|
278458
|
242768
|
248165
|
onlardan:
|
|
|
|
|
|
Bakı şəhəri üzrə
|
226821
|
49149
|
62893
|
55460
|
53310
|
Rayonlar üzrə
|
761064
|
163336
|
215565
|
187308
|
194855
|
Müayinələr zamanı müxtəlif xəstəlikləri aşkar olunmuş insanlar mütəxəssislər tərəfindən müxtəlif profilli stasionar və ambulator müalicələrə cəlb edilmişlər.
Sağlamlıq aylığı çərçivəsində aparılan profilaktik müayinələr dekabr ayının sonunadək davam edəcəkdir.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
11/12/2012