Həkimlərimizin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən layihələr çərçivəsində Türkiyənin Yüksək Eyitim Araşdırmalar Xəstəxanasının böyrək transplantasiyası üzrə professoru Yıldız Şener ölkəmizdədir.
Tanınmış professor Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının tibbi personalına urologiya-transplantalogiya üzrə master-klaslar keçir, leksiya və seminarlarda çıxışlar edir, habelə həyata keçirilən böyrək transplantasiyası əməliyyatlarında klinikanın həkimləri ilə birgə iştirak edir.