Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gənc mütəxəssislər Türkiyənin klinikalarında ixtisasartırma kursları keçirlər

Tibb mütəxəssislərinin, o cümlədən gənc kadrların xarici ölkələrdə ixtisaslarının artırması istiqamətində işlər davam etdirilir.

 

Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən 15 dekabr 2012-ci il tarixindən etibarən 35 gənc mütəxəssis Türkiyənin aparıcı klinikalarına səhiyyənin prioritet sahələri üzrə ixtisasartırma kurslarına göndərilib.

 

Qeyd edək ki, xarici ölkələrdə yüksək səviyyəli tibb mütəxəssislərinin hazırlanması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

17/12/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013