“Sağlam həyat uğrunda” şüarı ilə keçən aylıqda ölkə mətbuatının nümayəndələri müayinə olundular
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, əhalinin sağlamlığının qorunması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən dekabrın 1-dən başlanılmış Sağlam həyat uğrunda devizi altında profilaktik tədbirlər aylığı davam edir.
Aylığın ilk günündən bu günə kimi ölkə ərazisində müayinələr aylığı çərçivəsində görülən bütün tədbirləri işıqlandıran, habelə əhalinin maarifləndirilməsində yaxından iştirak edən bir çox mətbuat nümayəndəsi də bu sağlamlıq aylığına cəlb olundular.
Belə ki, dekabrın 18-də Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərindəki 3 nömrəli Şəhər Poliklinikasında kütləvi informasiya vasitələrinin 30 nümayəndəsi bütün müayinələrdən keçmişdir. Müayinələr zamanı sağlamlıqlarında müəyyən problemlər aşkarlanmış mətbuat işcillərinə həkimlər tərəfindən müalicə təyin edilmiş və müəyyən tövsiyələr verilmişdir.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
18/12/2012