Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ürək-damar xəstəliklərinin müalicəsində unikal hadisə

20 dekabr 2012-ci il tarixində Azərbaycanda ilk dəfə olaraq Respublika Müalicə Diaqnostika Mərkəzində unikal cərrahi əməliyyat icra olunmuşdur. Ürəyin işemik xəstəliyindən əziyyət çəkən xəstənin tac damarına tam əriyən stent (scaffold) implantasiya edilmişdir.

 

Əməliyyatı ürək-damar cərrahı tibb elmləri namizədi Dr. Rəşad Mahmudov rəhbərliyi altında invaziv kardioloq tibb elmləri namizədi Dr. Şahin Xəlilov tərəfindən həyata keçirilmişdir.

 

Tam əriyən stent(scaffold) Abbot Vascular(ABŞ) şirkəti tərəfindən icad edilmişdir. Aparılan təqdiqatlar bu yeni stentlərin metalik stentlərə nəzərən bir çox üstünlüyə malik olduğunu sübut etmişdir.

Scaffold bir adi metallic stent kimi öz funksiyasını yerinə yetirir, yəni damarın keçiriciliyini bərpa edir. 2 il müddətində isə scaffold tamamilə əriyərək damarın ilkin sağlam vəziyyətinə qayıtmasını təmin edir. Scaffold implantasiyası xüsusən cavan xəstələr üçün çox əlverişlidir. Tibb sahəsindəki aparıcı mütəxəssislərin hesablamalarına görə tam əriyən stentlər bir neçə il ərzində metallik stentləri tamamilə əvəz edəcək.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

20/12/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013