Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb müəssisələri açıldı

Ölkəmizin səhiyyə sistemində istifadəyə verilən yeni tibb ocaqlarının sayı artmaqdadır. Bu günlərdə Səhiyyə Nazirliyinin tabeçiliyində olan, uzun illərdən bəri təmirsiz, bəzi hallarda isə yararsız vəziyyətdə olan bir necə tibb müəssisəsi açılaraq əhalinin istifadəsinə verilib.

 

24.12.2012-ci il tarixdə əsaslı təmir və tikintidən sonra acılan Bakı şəhər Narkoloji Dispanser, Bakı şəhər 3 saylı Vərəm dispanseri, Bakı Şəhər Təxirəsalınmaz Təcili Tibbi yardım xidmətinin 6 saylı köməkçi stansiyasının və 9 saylı köməkçi stansiyasının filialı, 3 saylı Bakı şəhər Klinik Xəstəxanasının Terapiya və Doğuşayardım korpuslarının habelə Mərdəkan qəsəbəsindəki 2 saylı Ağ Ciyər xəstəlikləri dispanserinin açılışları olub.

 

Respublikamızda bütün tibb ocaqları kimi bu müəssisələr də müasir səviyyədə təmir olunub, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilib. Tibb müəssisələrin hər birində ən müasir tələblərə cavab verən tibbi avadanlıqlar quraşdırılmış, istilik sistemi, qida və dərman preparatları ilə təmin olunmuşdur.

 

Ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin inşası Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

Tibb müəssisələri açıldıTibb müəssisələri açıldıTibb müəssisələri açıldı

25/12/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013