Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin noyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 65 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 38 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 34 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 902, mikrobioloji göstəricilərinə görə 966, toksikoloji göstəricilərinə görə 231, radioloji göstəricilərinə görə 30 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 14-də orqanoleptik və fiziki-kimyəvi, 13-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.

 

Şadlıq evlərindən 2999 yaxma, 125 soyuq qəlyanaltı nümunəsi götürülmüş, 64 yaxmada mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

Noyabr ayı ərzində əhali arasında 52 qida zəhərlənməsi hadisəsi baş vermiş, 61 nəfər zərərçəkən olmuşdur. O cümlədən 2 botulizm hadisəsi baş vermiş, 4 nəfər zərərçəkən olmuşdur.

 

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

25/12/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013