Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin yeni “Səhiyyə əlaçısı” nişanı tətbiq olundu

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı tətbiq olunub. Bu barədə 28.12.2012-ci il tarixində Səhiyyə Nazirliyində keçirilən geniş kollegiya iclasında çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev bildirmişi.

 

Xüsusi nömrələnmiş və nəfis şəkildə hazırlanmış nişanlar nazir tərəfindən sahiblərinə elə iclas zamanı təqdim olunmuşdur.

 

İclasda Əməkdə xüsusi xidmət və nailiyyətlərinə görə fərqlənən səhiyyə işçilərinin təltif edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 14.4 bəndini əsas tutaraq Səhiyyə nazirinin əmri səsləndirildi və nişanlar təqdim olundu.

 

1. İlk, bir nömrəli nişan Səhiyyə Nazirliyinin Kadrlar Şöbəsinin müdiri Kəmalə Mehdiyeva təqdim olundu

 

2. Abdalova Zoya Çoban qızı - Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin feldşer–lobarant

 

3. Abdullazadə Əbülfəz Abdulla oğlu - “Dərman vasitələrinin Analitik Ekspertiza mərkəzi”

 

4. Ağayev Gündüz Xeyrəddin oğlu – K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun şöbə müdiri

 

5. Cəfərov Məmməd Məmmədovic – S.N-nin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi

 

6. Əhmədbəyli Xalidə Fərhad qızı - Mərkəzi Neftçilər Xəstəxanasının şöbə müdiri

 

7. Əmrahov Mehdi Ənvər oğlu – İnformatika və Statistika İdarəsinin rəisi

 

8. Hüseynzadə Sadiq Əmrah oğlu - Kliniki Tibbi Mərkəzin şöbə müdiri

 

9. Kərimov Adil Kərim oğlu - Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdir müavini.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

29/12/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013