Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

2012-ci il ərzində 368 aptekə baxış keçirilmişdir

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət şöbəsi tərəfindən 2012-ci il ərzində ölkə ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana, Ədliyyə Nazirliyinin yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən və İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə reydlər keçirilmişdir.

 

Ümumilikdə, yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən 368 aptekdə yoxlama keçirilmişdir.

 

Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətlə məşğul olan 12 aptek aşkarlanaraq fəaliyyətləri Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət şöbəsi tərəfindən dayandırılmışdır.

 

Həmçinin keçirilən reydlər nəticəsində yararlıq haqqında analiz protokolu olmayan 7893 qutu, istifadə müddəti bitmiş 36 qutu dərman preparatları tərəfimizdən aşkar olunaraq müsadirə edilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

24/01/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013