Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakıda “103” mərkəzi dispetçer xidmətinə daxil olan zənglər onlayn təyin olunacaq

Səhiyyə Nazirliyinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “103” mərkəzi dispetçer xidmətinin təkmilləşdirilməsi işi sürətlə davam edir. Artıq dispetçer xidmətinə stasionar telefon şəbəkəsindən daxil olan zənglərin telefon nömrələri və ünvanları onlayn təyin olunacaq.

 

Bununla bağlı Səhiyyə Nazirliyinin müvafiq informasiya sistemi "Elektron hökumət" portalına inteqrasiya olunub, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Stasionar telefonların abunəçi kartotekası üzrə informasiya sistemi” onlayn sorğusundan istifadə edilməklə elektron xidmət tətbiq edilib.

1/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013