Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev Cenevrədə bir sıra rəsmi görüşlər keçirmişdir

21-29 yanvar 2013-cü il tarixlərində Cenevrə şəhərində keçirilmiş Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 132-ci sessiyasında iştirak edən Səhiyyə Naziri Oqtay Şirəliyev İcraiyyə Komitəsinə üzv ölkələrdən Litva, Norveç, Özbəkistanın və qeyri üzv ölkələrdən Türkiyə, Rusiya Federasiyası və Estoniya nümayəndə heyətlərinin rəhbərləri və səhiyyə rəsmiləri ilə görüşlər keçirmişdir.

 

Görüşlərdə həm İcraiyyə Komitəsində həm də ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunmuşdur.

 

24 yanvar 2013-cü il tarixdə Azərbaycan Respublikasının nümayəndə heyəti ilə Ümumdünya Səhiyyə Təşkilatının baş Direktoru Dr. Marqaret Çan arasında görüş olmuşdur. Görüşdə Azərbaycan və ÜST-nin həm Baş Qərargahı həm də Avropa Regional ofisi arasında olan əməkdaşlıq əlaqələri müzakirə edilmişdir.

 

Dr. M.Can qısa bir müddət ərzində ölkəmizin bütün istiqamətlərdə o cümlədən səhiyyə sahəsində sürətlə inkişaf və tərəqqisinin canlı şahidi olduğunu bildirmişdir. Baş Direktor onun ÜST-da apardığı islahatlara Azərbaycanın dəstək verməsindən məmnunluğunu bir daha ifadə etmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

5/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013