Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimlərin tibbi biliklərinin artırılması davam etdirilir

Həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə Türkiyənin Səhiyyə Nazirliyinin nəzdindəki Ankara Etlik Doğum Evinin mütəxəssisi, akuşer-ginekoloq doktor Mustafa Urfi Tatar tərəfindən azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirilir.

 

Kurslar əsasən ginekologiyanın aktual məsələlərinə, patoloji doğuş, doğuş qanaxmaları və doğuş zamanı yarana biləcək hər hansı bir fəsadın vaxtında aradan qaldırılması kimi mövzulara həsr olunub. Təlimlərə Gəncə və ətraf rayonlarında fəaliyyət göstərən tibb müəssisələrində çalışan 70 mama-ginekoloq cəlb edilib.

 

Dekabrın 27-dək damam edəcək kurslar Gəncə Perinatal Mərkəzin bazasında keçirilir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

21/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013