Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Farmakoloji və Farmokopeya Ekspert Şurasının növbəti iclası keçirilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və Farmokopeya Ekspert Şurasının növbəti iclası keçirilmişdir.

 

İclasın gündəliyinə “Lirika” və “Koaksil”, “Tropin” və “Midriasil” dərman preparatlarının dövlət qeydiyyatının ləğv olunması və aptek şəbəkəsindən satışdan çıxarılması, “Oktaqam” preparatının dövlət qeydiyyatının bərpa olunması və s. məsələlər daxil edilmişdir.

 

Ətraflı müzakirələrdən sonra “Lirika”, “Koaksil”, “Tropin” və “Midriasil” dərman vasitələrindən asılı şəxslərin ailə üzvlərinin, hüquq mühafizə orqanlarının Respublika Narkoloji Mərkəzinə dəfələrlə edilən müraciətlərini, xəstələr arasında rast gələn sui-istifadə və ağırlaşma hallarını nəzərə alaraq , “Lirika” və “Koaksil” dərman preparatlarının respublikaya idxalı bu preparatların fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər dayandırılması və dövlət qeydiyyatından çıxarılması qərara alınmışdır. Eyni zamanda “Tropin” və “Midriasil” dərman preparatlarının stasionar tibb müəssisələrində istifadə olunan dərman preparatları sırasına daxil edilməsinə və aptek şəbəkəsindən çıxarılmasına dair qərar verilmişdir.

 

“Oktaqam” (normal insan immunoqlobulini) dərman vasitəsinin istehsalçısı tərəfindən göstərilən problemlər aradan qaldırılması və yaranma səbəblərinin öyrənilməsi başa çatdığı üçün isə bu preparatın dövlət qeydiyyatının bərpa edilməsinə dair qərar qəbul edilmişdir.

 

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

6/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013