Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Vətəndaşlar immunlaşdırmaya dair məlumatları mobil operatorlar vasitəsi ilə əldə edə biləcəklər

Vətəndaşlar immunlaşdırmaya dair məlumatları mobil operatorlar vasitəsi ilə əldə edə biləcəklərAzərbaycan Respublikasının Səhiyyə Nazirliyi vətəndaşlara İmmunlaşdırma təqvimi haqqında məlumatları elektron xidmət vasitəsi ilə çatdıracaq.

 

Hazırda test mərhələsində olan bu xidmətdən bütün mobil operator istifadəçiləri faydalana biləcəklər. Bunun üçün vətəndaşlar istənilən mobil operatordan "peyvənd" sözünü və uşağın elektron sağlamlıq kartındakı unikal kodunu yazaraq 9103-ə mesaj göndərməlidir. Bundan sonra onlara uşağın növbəti peyvəndinin adı və tarixi barədə məlumat veriləcək.

 

Elektron sağlamlıq kartlarının verilməsi ölkə üzrə tətbiq edildiyi üçün bu xidmət ölkə üzrə həyata keçiriləcək.

 

İmmunlaşdırma təqvimi haqqında vətəndaşlara məlumatın çatdırılması xidməti Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş elektron xidmətlərdən biridir.

13/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013