Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə müəssisələrində qanvermə aksiyalarına start verilmişdir

2013-cü il ərzində Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələri üzrə qanvermə aksiyalarının keçirilməsi qrafiki təsdiq edilərək respublikanın bütün səhiyyə müəssisələrinin və təşkilatlarının rəhbərlərinə göndərilmişdir.

 

Qrafikə əsasən 12 fevral 2013-cü il tarixindən səhiyyə müəssisələrində qanvermə aksiyalarına start verilmişdir. Belə ki, 12.02.2013-cü il tarixində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 40 nəfər, 13.02.2013-cü il tarixində isə Respublika Neyrocərrahlıq Xəstəxanasında 66 nəfər tibb işçisi könüllü olaraq qan vermişdir. Aksiyalar zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyalar davam edir.

 

Tibbi Yardımın Təşkili Şöbəsi

13/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013