Azərbaycanda anadangəlmə ürək qüsurunun invaziv yolla müalicəsi həyata keçirilir
Azərbaycanda ilk dəfə olaraq M.A.Topçubaçov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq Ürək Cərrahiyə mərkəzində yerli mütəxəssisimiz tərəfindən anadangəlmə ürək qüsurunun invaziv yolla müalicəsi həyata keçirilmişdir.
Belə ki, Elmi Cərrahiyyə Mərkəzinin Uşaq Ürək Cərrahiyyə şöbəsinin invaziv kardialoqiya üzrə mütəxəssisi t.e.n. Dr.E.İmanov 12.02.2013-cü il tarixində anadangəlmə ürək qüsurlu 5 yaşlı xəstə anjioqrafiya laboratoriyasında əməliyyata götürmüşdür. 1 saat davam edən əməliyyatda mütəxəssislərimiz qulaqcıqlararası çəpər qüsurunu invaziv yolla aradan qaldırmışdırlar. Əməliyyatdan sonra şöbəyə köçürülən xəstə bir gün sonra evə yazılmışdır.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
13/02/2013