Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2010-cu ilin noyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 86 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 49 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 20 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 928, mikrobioloji göstəricilərinə görə 959, toksikoloji göstəricilərinə görə 272, radioloji göstəricilərinə görə 37 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 21-də orqanoleptik və fiziki-kimyəvi, 7-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur. Şadlıq evlərindən götürülmüş 4431 yaxma nümunəsinin 58-də, mikrobioloji çirklənmə aşkar edilmişdir. Myayinə olunmuş 184 soyuq qəlyanaltı nümunəsində normadan kənara çıxma aşkar edilməmişdir.

 

Noyabr ayı ərzində əhali arasında 53 qida zəhərlənməsi hadisəsi baş vermiş, 60 nəfər zərərçəkən olmuşdur. O cümlədən 3 botulizm hadisəsi baş vermiş, 3 nəfər zərərçəkən olmuşdur. Botulizm hadisələri məişət şəraitində hazırlanmış xiyar turşusunun qəbulu nəticəsində baş vermişdir.


Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

24/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013