Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qan xidməti rəhbərlərinin 3-cü müşavirəsi başa çatmışdır

Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin qan xidməti rəhbərlərinin 3-cü müşavirəsi başa çatmışdır.

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən iki günlük iclasda İƏT-ə üzv ölkələrdə könüllü donorların cəlb edilməsi və saxlanılması, transfuzion terapiya, informasiya texnologiyalarının qan xidməti sahəsində tətbiqi və plazmanın fraksiyalaşdırılması kimi məsələlərlə bağlı müzakirələr aparılmışdır.

 

Qan xidməti rəhbərlərinin 1-ci iclası İran İslam Respublikasının paytaxtı Tehranda, 2-ci iclası Türkiyənin paytaxtı Ankarada keçirilmişdir. Bu il isə İƏT-da sədrlik Azərbaycana keçmişdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qan xidməti rəhbərlərinin 3-cü müşavirəsi başa çatmışdır

15/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013