Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Heydər Əliyev Fondu tərəfindən növbəti xeyriyyə aksiyası keçiriləcəkdir

Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 11-18 fevral 2013-cü il tarixlərində Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar xəstəlikləri üzrə treyninq kursları keçirilir. Bu məqsədlə İtaliyanın Milan şəhəri San Donato Mərkəzinin uşaq ürək cərrahı Prof. Alessandro Giamberti ilə Almaniyanın Hamburq şəhəri Pediatrik Kardiologiya Klinikasının direktoru Prof. Dr. Coxen Vielin dəvət olunmuşdur. Ölkədə təhsil alan gənc rezedentlərin tədrisi baxımından böyük əhəmiyyət kəsb edən bu treninqlərin keçirilməsi, Avropalı mütəxəssislərin təcrübələrindən yararlanmağa da imkan verəcək.

 

Bu tarixlərdə həmçinin, çox mürəkkəb anadangəlmə ürək qüsurundan əziyyət çəkən 15 körpə uşaq üzərində ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi atlında, xarici mütəxəssislərlə birgə cərrahi əməliyyatların icrası nəzərdə tutulub. 40-50-yə yaxın xəstənin müayinələri planlaşdırılır. Bu əməliyyatların 8-i Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti üzrə həyata keçiriləcəkdir.

 

16 Fevral tarixində isə Respublika Müalicə Diaqnostika Mərkəzində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “Anadangəlmə Ürək Qüsurlarına müasir baxış” mövzulu elmi-praktiki konfrans keçiriləcəkdir. Konfransda bu sahədə olan yeniliklər və bu aspektdə gələcəyə dair fikirlər istiqamətində yerli mütəxəssislərlə qarşılıqlı diskussiya aparılacaqdır.

15/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013